Menu

Daha bir kredit təşkilatının lisenziyası ləğv edildi

05.10.2016, 14:44

nezaret palatasiMaliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin lisenziyasını ləğv edib. Palatadan verilən xəbərə görə, bu qərar qurumun müraciəti əsasənda qəbul edilib.

“Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib. Bununla əlaqədar olaraq Palataya müraciət olunub.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilib.

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulan maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələr verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol