Menu

Azərbaycanda sümük iliyinin köçürülən xəstələrin sayı açıqlanıb

05.10.2016, 16:46
Azərbaycanda sümük iliyinin köçürülən xəstələrin sayı açıqlanıb

“Azərbaycanda sümük iliyinin transplantasiyasına 2014-cü ilin mayın 9-dan başlanılıb. Bu vaxta kimi ölkədə 24 nəfərə sümük iliyi köçürülüb”. APA-nın xəbərinə görə, bunu respublikanın baş hematoloqu Çingiz Əsədov irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına dair keçirilən konfransda deyib.

Onun sözlərinə görə, sümük iliyi köçürmələrinin hamısı uğurla başa çatıb: «Bu xəstələrə sümük iliyi köçürüldükdən sonra onların heç birinə nə qan köçürülüb, nə də dəmirqovucu preparat verilib. Sümük iliyi köçürülən 24 nəfərdən 20-si böyük talassemiya, 4-ü aralıq talassemiya xəstəsi olub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol