Menu

Cənubi Koreya Əfqanıstana iqtisadi yardım ayıracaq

06.10.2016, 11:05

Dollar1_4C_--621x414AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreya iqtisadiyyatın bərpası və sosial proqramların gerçəkləşdirilməsi üçün Əfqanıstana 120,0 milyon dollar maliyyə yardımı ayıracaq. «Renxap» agentliyinin məlumatına görə, bu barədə Brüsseldə keçirilən konfransın gedişində Cənubi Koreyanın xarici işlər naziri Yun Ben Se bəyan edib.

«Koreya Respublikasının hökuməti dördillik plan işləyib hazırlayıb. Plana əsasən bu məqsədlər üçün hər il 30,0 milyon dollar ayrılacaq» - deyə, nazir bildirib. Bu məbləğ Əfqanıstana yönəldilən illik beynəlxalq yardımın 0,78 faizini təşkil edəcək.

Koreyalı nazir həm də ölkədə dayanıqlı sülhün bərqərar edilməsinin əhəmiyyətindən danışıb və qeyd edib ki, bunun üçün «ölkədə təhlükəsizliyin möhkəmlədirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi və insan haqlarının müdafiəsi istiqamətlərində səyləri artırmaq lazımdır».

Əfqanıstanın bərpasına dəstəyin artırılması məsələsinə həsr olunmuş konfransda 75 ölkənin və 25 humanitar təşkilatın nümayəndəsi iştirak edib. İştirakçılar 2020-ci ilə qədər bu ölkəyə maliyyə dəstəyinin bugünkü səviyyədə saxlanması barədə razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol