Menu

Ermənilər Azərbaycan torpaqlarında hərbi təlimlərə başladı

06.10.2016, 14:06

ARMENIYA1475130949Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, təlimlər Ağdam və Ağdərə rayonlarının işğal altında olan ərazilərində həyata keçirilir. Təlimlərdə ağır artilleriyadan istifadə olunur. Top və minaatanlardan açılan atəş səsləri Ağdamın və ətraf rayonların cəbhəyanı ətraf kəndlərində eşidilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol