Bu gündən etibarən daha bir bank istehlak kreditlərini bahalaşdırıb. Söhbət “Yapı Kredi Bank (Azərbaycan)”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, manat kreditlərində faiz dərəcəsi 27 %-dən 28%-ə kimi artırılıb. Komisyon haqq isə 1 % qalıb.
Bundan əlavə, şərtlərdə bəzi dəyişikliklər edilib. Məcburi köçkünlərə Bakı qeydiyyatında olan zamin tələb edilir. Üstəlik, zaminin rəsmi əmək haqqısına qoyulan tələb də 350 manatdan 425 manata kimi artırılıb. Bankdan o da bildirilib ki, zaminin rəsmi əmək haqqı olmaqla yanaşı, digər banklarda borclanması 50 %-dən yüksək olmamalıdır.
Kredit xəttinin açılması üçün artıq iş yerindən elektron arayış tələb edilir. Bundan əlavə, kredit xəttinin açılması üçün müştərinin 300 manat əmək haqqı ilə rəsmi iş yeri olmalıdır.


Şərhlər