Menu

“Siqan” ləqəbli kriminal avtoritetə hökm oxundu - 20 il həbs

06.10.2016, 16:02
“Siqan” ləqəbli kriminal avtoritetə hökm oxundu - 20 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədovun məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Rusiyada onun barəsində çıxarılan məhkəmə hökmünün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə qərar verilib. Ona 20 il cəza təyin edilib.

Qeyd edək ki, E. Məmmədov Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib. Sonra o, Azərbaycana təhvil verilib. Hazırda onun barəsində olan hökmün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə baxılır.

Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol