Menu

Avropada miqrasiya böhranı bitər - ABŞ və Rusiya razılığa gəlsələr

06.10.2016, 17:10

miqranti«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Bolqarıstanın Baş naziri Boyko Borisov deyib ki, Rusiya ilə ABŞ Suriya məsələsində razılığa gəlsələr, Avropa İttifaqında (Aİ) miqrasiya böhranı bitər.

Borisov bu barədə Bolqarıstanın Türkiyə ilə sərhəd nəzarət-keçib məntəqəsində sərhəd və sahil-mühafizə üzrə Avropa xidmətinin açılış mərasimində bəyan edib. Məntəqədə elə bu gündən etibarən ilk Avropa sərhəd-keçid və sahil-mühafizə xidməti (ASSX) missiyası fəaliyyətə başlayacaq.

«Yalnız müharibənin dayandırılması barədə ABŞ və Rusiyanın razılığa gələcəyi təqdirdə, qaçqınlar öz evlərinə qayıda bilərlər» - deyə, Borisov izah edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol