Menu

Polis əməliyyat keçirdi

26.04.2014, 13:28
Polis əməliyyat keçirdi

Əməliyyat zamanı Bakı və Sumqayıt sakinlərindən 4,6 kq civə götürülüb

Sumqayıt və Bakı sakinlərindən civə götürülüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı və Sumqayıt şəhərlərində polis əməliyyat keçirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Eldar Rüstəmov, Nəsimi Həsənov, Telman Paşayev və Bakı şəhər sakini İlyas Tağıyevdən 4 kiloqram 600 qram gümüşü rəngli civə götürülüb.

Qeyd edək ki, əməliyyat zamanı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları keçirib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol