"Bu məlumat yalandır" - Adil Əliyev
Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin Prezident ailəsi ilə qohum olması barədə məlumat təsdiqini tapmayıb. Bu barədə "AzPolitika.info"-nun dünənki məlumatında bildirilirdi ki, M.Əliyevin oğlu Polad Əliyev Prezidentin kürəkəni Səməd Qurbanovun bacısı ilə nişanlanıb.
M.Əliyevin qardaşı, millət vəkili Adil Əliyev bu gün "AzPolitika.info"ya telefon açaraq məlumatı təkzib edib. "Bu məlumat tamamilə yalandır", deyə o bildirib.


Şərhlər