Menu

Suriyanın şimalında 31 İŞİD silahlısı məhv edilib

09.10.2016, 11:53

isidTerrorçulardan 14-ü Axterin və Türkmən Barex yaşayış məntəqələrinə hücum zamanı öldürülüb

Son 24 saat ərzində Suriyanın şimalında İŞİD-lə baş vermiş silahlı insident zamanı, habelə terrorçuların mövqelərinə endirilmiş hava zərbələri nəticəsində qruplaşmanın 31 silahlısı məhv edilib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" türk hərbçilərinə istinadən xəbər yayıb.

Məlumata görə, terrorçulardan 14-ü Axterin və Türkmən Barex yaşayış məntəqələrinə hücum zamanı məhv edilib.

Daha 17 terrorçu isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri zamanı zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol