Menu

AFFA körpüdən yıxılan azarkeşin müalicə xərcini - Öz üzərinə götürdü

09.10.2016, 18:46

AFFAXəbər verdiyimiz kimi, millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə matçını izləmək üçün Bakı Olimpiya Stadionuna gedən azarkeşlərdən biri bədbəxt hadisə ilə üzləşib. Körpüdən yıxılaraq ciddi xəsarət alan Nahid Zahidov təcili yaxınlıqdakı xəstəxanaya aparılıb.

APA-nın məlumatına görə, artıq AFFA rəhbərliyi xəsarət almış azarkeşə xəstəxanada baş çəkib. Federasiyanın mətbuat xidmətindən sayta verilən məlumata görə, hazırda reanimasiyada olan xəstənin vəziyyəti ilə maraqlanan rəhbərlik onun bütün müalicə xərclərini öz üzərinə götürüb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol