Menu

Ərdoğan terrordan danışdı

09.10.2016, 21:23
Ərdoğan terrordan danışdı

Dövlətimiz terror təşkilatını zərərsizləşdirməkdə qərarlıdır. Təəssüf ki, Şəmdinli hücumunda olduğu kimi qarşısı alınmayan hadisələr də baş verir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəmdinli rayonunda baş verər terror aktı ilə bağlı çıxışında deyib.

Ərdoğan çıxışında terror hadisəsini pisləyib: “Hakkarinin Şəmdinli rayonunda 10 əsgər və 8 mülki vətəndaşımızın ölümünə, 27 nəfərin də yaralanmasına səbəb olan terror aktını şiddətlə qınayıram. PKK-nın ölkəmizə və millətimizə qarşı törətdiyi terror aktlarını genişləndirdiyi məlumdur. Ankarada terrorçuların zərərsizləşdirilməsilə qarşısı alınan terror aktına cəhddən, İstanbulda isə 10 vətəndaşımızın yaralanması ilə nəticələnən hücumdan sonra törədilən Şəmdinli partlayışı bunun bariz nümunəsidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol