Menu

Bu gün AŞPA-da azərbaycanlı hakimin məsələsinə baxılacaq

10.10.2016, 09:36
Bu gün AŞPA-da azərbaycanlı hakimin məsələsinə baxılacaq

Bu gün AŞPA-nın büro iclasında Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq.

APA-nın məlumatına görə, büroda AŞPA qiymətləndirmə missiyasının sentyabrın 26-da Azərbaycanda keçirilən referendumla bağlı ilkin qiymətləndirməsi və Venesiya Komissiyasının ilkin rəyi də müzakirə olunacaq.

Qeyd edək ki, AŞPA-nın Avropa İnsan Haqları Məhkəməsinə Hakimlərin seçilməsi komitəsi ən uyğun namizəd kimi Lətif Hüseynovun seçilməsini tövsiyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol