Menu

İntihara cəhd edən şəxs 9 gün sonra öldü

10.10.2016, 13:50
İntihara cəhd edən şəxs 9 gün sonra öldü

Bakıda intihara cəhd edən şəxs 9 gün sonra ölüb.

“Report”un xəbərinə görə, sentyabrın 29-da Maştağa qəsəbəsi Neftçilər küçəsi ev 5 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Mirabdulla Abdullayev intihar məqsədi ilə sirkə turşusu içib.

O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

M.Abdullayev tibbi yardım almasına baxmayaraq, oktyabrın 7-də dünyasını dəyişib.

Faktla bağlı istintaq davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol