Menu

Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş - İmzalandı

10.10.2016, 21:52
Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş - İmzalandı

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya və Türkiyə «Türk axını» layihəsi üzrə hökumətlərarası razılaşma sənədi imzalayıb.

Sənəd Qara dənizin dibi ilə uzanacaq iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Xətlərin hər birinin gücü 15 milyard kubmetr olacaq.

İki ölkə prezidenti - Vladimir Putinin və Rəcəb Tayip Ərdoğanın iştirakı ilə razılaşma sənədini Rusiyanın energetika naziri Aleksandr Novak və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq imzalayıb.

Ehtimal edilir ki, birinci xətt üzrə nəql olunacaq qazı Türkiyə tərəfi özü idxal edəcək. İkinci xətt isə Avropa bazarı üçün nəzərdə tutulub, ancaq onun tikintisi Avropa İttifaqından zəmanət alındıqdan sonra baş tutacaq. Bu barədə Moskva dəfələrlə bəyan edib.

Razılaşmaya görə, hər iki xətt 2019-cü ilin dekabrına qədər tikilib qurtarmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol