Menu

Norveç öz ərazisində ABŞ əsgəri yerləşdirmək istəyir?

10.10.2016, 21:47

nato-us-baltic-russia-2AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Norveç hökuməti ölkə ərazisində ABŞ-ın piyada hərbçilərini yerləşdirmək barədə düşünür. Ekspertlər isə bu plana Moskvanın sərt reaksiya verəcəyini öncədən qeyd edirlər.

Verilən xəbərə görə, ABŞ hərbçiləri yaxın zamanlarda Vernes bazasına gəlməlidirlər. Söhbət 300 hərbçidən gedir.

Onlar burada rotasiya qaydası ilə 6 ay qulluq edəcəklər. Bu barədə xəbəri yerli «Local» portalı yayıb.

Bu arada isə Norveçin müdafiə nazirliyində bəyan ediblər ki, ölkə ərazisində amerikalı hərbçilərin yerləşdirilməsi barədə siyasi qərar hələlik qəbul olunmayıb. Təşəbbüs Vaşinqtondan qaynaqlanır. Məsələ ətrafında hökumət dairələrində diskusiyalar davam edir. Konkret təklifə parlamentin iştirakı ilə baxılacaq. Müdafiə naziri qeyd edib ki, Oslo və Vaşinqton təhlükəsizlik və birgə təlimlər keçirmək sahəsində uzun sürən əməkdaşlıq ənənələrinə malikdir.

Ukraynada hərbi əməliyyatların başlanmasından sonra Şimali Avropada dəfələrlə Rusiya tərəfinin hərbi təhdidindən söhbət açılıb.

«Newsru.com» saytı xatırladır ki, təxminən bir il bundan əvvəl İsveç, Norveç, Finlandiya, Danimarka və İslandiya hətta bununla bağlı xüsusi bəyanat da qəbul edərək, müdafiə sahəsində səylərini koordinasiya etmək barədə razılığa gəliblər.

Norveç parlamentinin nümayəndələri isə sözügedən təşəbbüs barədə məlumatsız olduqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol