Menu

Fətullah Gülənin daha bir səs yazısı yayıldı

27.04.2014, 15:59
Fətullah Gülənin daha bir səs yazısı yayıldı

“Haşim Kılıç da prezident olmaq istəyir, Abdullah Gülün qulaqları kardır"

Gülən camaatının lideri Fətullah Gülənə məxsus olduğu iddi edilən daha bir qalmaqallı səs yazısı meydana çıxıb. ANS PRESS-in məlumatına görə səs yazısında Fətullah Gülən Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıçın ölkə prezidenti olmaq istəməsindən bəhs edir.

“Haşim Kılıç da prezident olmaq istəyir, Abdullah Gülün qulaqları kardır. Bu gedişlə xalqımız baş naziri seçməz. Haşim bəy aradan sıyrılıb çıxacağını fikirləşir. Ona görə də AKP-dəki nüfuzunu itirməmək üçün çıxan bütün qanunları təsdiqləyir. Türkiyə elə bir kritik seçim yaşamadı. Baş nazir kafirlərlə iş əlaqələri qurur. Bu tam bir münafiq tərifdir. Münafiqlər dara düşən kimi kafirlərə sığınırlar. Quran-Kərimdə bununla əlaqəli ayələr var”.-deyə F.Gülən bu səs yazısında bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol