Menu

Azərbaycan millisi uğurlarını davam etdirir- Çexiyadan sərfəfli nəticə ilə dönür

12.10.2016, 00:57
Azərbaycan millisi uğurlarını davam etdirir- Çexiyadan sərfəfli nəticə ilə dönür

Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulub.Qol.az-ın məlumatına görə, Azərbaycan millisi də növbəti oyununa çıxıb.

Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağıdır. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərfəfli nəticə ilə dönüb.

Oyunun əsas vaxtında hesab açılmayıb. Hakimin əlave etdiyi 5 dəqiqə vaxt da qolsuz başa çatıb. beləliklə millimiz stadiondan 1 xalla ayrılaraq ümumi xalını 7-ə yüksəldib.

Qeyd edək ki, müstəqillik dövrümüzdə Azərbaycan millisi DÇ seçmə turunda ilk dəfədir ki, 7 xal toplayır.

11 oktyabr

22:45. Çexiya – Azərbaycan - 0:0

Baş hakim: Matey Yuq

Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali (Sloveniya)

Ostrava. “Vitkovitse” stadionu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol