Menu

İran prezidenti Azərbaycana gəlir

27.04.2014, 16:21
İran prezidenti Azərbaycana gəlir

İran prezidenti Hassan Rohani Azərbaycana gəlir. Bunu İranın «Mehr» agentliyinə müsahibəsində Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov deyib. Diplomat səfərin konkret tarixi barədə bir söz deməyib.

O, səfərin yaxın gələcəkdə baş tutması üçün işlərin görüldüyünü bildirib.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da İranda bir günlük rəsmi səfərdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol