Menu

"Real Madrid" Toni Kroosla müqavilə müddətini artırıb

12.10.2016, 20:13
"Real Madrid" Toni Kroosla müqavilə müddətini artırıb

İspaniyanın "Real Madrid" klubu futbolçusu Toni Kroosla müqavilə müddətini artırıb.

"Report"un Madrid klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müqaviləyə əsasən Kroos 2022-ci il iyunun 30-dək La Liqada çıxış edəcək. Əvvəlki müqaviləyə əsasən Kroos 2020-ci ilədək "Real Madrid"də qalmalı idi.

26 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanma mərasimi bu gün komandanın ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunda keçirilib.

Qeyd edək ki, Kroos 2014-cü ilin yayında 30 milyon avro müqabilində Almaniyanın "Bavariya" klubundan transfer edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol