Menu

Avstriya Türkiəyə düşmənçiliyini davam etdirir

12.10.2016, 22:46
Avstriya Türkiəyə düşmənçiliyini davam etdirir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib ki, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması istisnadır. Bu barədə avstriyalı nazir «Die Welt» nəşrinə verdiyi müsahibədə bəyan edib:«Mən əminəm ki, Türkiəynin Aİ-na daxil olması heç vəchlə baş tutmayacaq»-deyə, siyasətçi bəyan edib və əlavə edib ki, bu mövqeni Avropadakı ölkələrin bir çoxunun hökuməti bölüşür".

Kurts hesab edir ki, Türkiyənin Avropa İttifaqına daxil olmasının əleyhinə həm də Avropa ölkələri əhalisinin əksəriyyəti çıxış edir.

Avstriya XİN başçısı onu da qeyd edib ki, Avropa siyasilərinin nə düşündükləri və nəyi bəyan etdikləri arasında böyük fərq mövcuddur.

Bununla belə, Kurtsun fikrincə Türkiyə ilə əməkdaşlıqdan tamamilə imtina etməyə də dəyməz və bu istiqamətdə o, «fərdi tərəfdaşlıq» rejimi təklif edir. Bundan əvvəl analoji təkliflə Avstriyanın sabiq kansleri Volfqanq Şyüssel çıxış etmişdi.

Məlumat üçün bildirək ki, Türkiyənin prezidenti R.T.Ərdoğan ölkəsinin Aİ-a üzvlük məsələsi barədə Brüsseldən dəqiq cavab tələb edərək, demişdi: «Bizim səbrimiz türkənmək üzrədir!»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol