«AzPolitika.info» xarici xəbər agentliklərinə istinadla xəbər verir ki, Hələb şəhərinin şərq hissəsinə yeni aviazərbələr endirilib.
«Röyter» agentliyi yerli mülki-müdafiə qüvvələrinə istinadla xəbər verir ki, 26 nəfər bu zərbələrin qurbanı olub. Onların əksəriyyəti şəhərin rayonlarının birində yerləşən bazarın yaxınlığında həlak olub.
Bu ərəfədə aviasiya həm də Hələbin şərq hissəsini bombalayıb. Bu zaman Suriya insan haqları monitorinq mərkəzində baş verənlərə görə, Rusiya aviasiyasını günahlandırıblar.
Hələbdə vəziyyət atəşkəsin pozulmasından sonra gərginləşib. Atəşkəs barədə Rusiya və ABŞ hələ sentyabrın əvvəlində razılığa gəlmişdi.


Şərhlər