Menu

Rusiya İrana S-300 təchizatını başa çatdırıb

13.10.2016, 16:10
Rusiya İrana S-300 təchizatını başa çatdırıb

Rusiya İrana S-300 zenit-raket sistemləri tədarükü üzrə müqavilə öhdəliklərinin icrasını tamamlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin Yerevanda keçirilən "ArmHiTec-2016" silah sərgisində məlumat verib.

"Bütün divizionlar qarşı tərəfə çatdırılıb", - deyə o bildirib. Ancaq A.Fomin zenit-raket sistemlərinin sayı barədə məlumat verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol