Menu

"Rusiyanın yaxın gələcəkdə Qarabağla bağlı nikbinliyi yoxdur" - Yuri Uşakov

13.10.2016, 17:19
"Rusiyanın yaxın gələcəkdə Qarabağla bağlı nikbinliyi yoxdur" - Yuri Uşakov

Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür, amma mübahisənin sona çatdırılması üçün səylərini əsirgəməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyi məsələsində böyük nikbinlik olduğunu deməzdim. Ancaq biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik", - deyə Y.Uşakov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol