Ukraynada gərginliyin əsas mərkəzlərindən olan Donetsk şəhərində rusiyapərəst fəallar teleradio yayım binasını ələ keçiriblər. Onlar Rusiya telekanallarının yayımını bərpa etməyə çalışıblar.
ANSPRESS-in məlumatına görə, Rusiyanın ölkəyə hərbi müdaxiləsindən sonra şərq əyalətlərdə Rusiya telekanallarının təbliğat aparması əsas götürülərək yayımı dayandırılmışdı. Rusiyapərəst qüvvələrin Slavyanskda 3 nəfər ATƏT rəsmisini girov götürməsi vəziyyəti daha da gərginləşdirib.
Girovların görüntülərinin yayılması beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı etirazını daha da artırıb. Yayılan kadrlarda girovların soyundurularaq təhqir olunduğu, fiziki zorakılığa və işgəncələrə məruz qaldığı görünür.
Həvəskar çəkilmiş kadrlarda onların rusiyapərəst qüvvələr tərəfindən döyüldüyünü müşahidə etmək olur


Şərhlər