Menu

Ermənilər Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər

14.10.2016, 10:49
Ermənilər Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər

Erməni silahlı birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimdə ağır artilleriya və zirehli texnikalardan istifadə edilir. Ağdamın Uzundərə adlanan ərazisində atılan top, tank və digər iriçaplı qurğuların sursatlarının partlayış səsi cəbhəyanı yaşayış məntəqələrindən eşidilir. Hazırda təlimlər davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol