Menu

“Heydər Əliyevin səsinin telefonlardan yığışdırılması gərəkdir”- Deputatdan etiraz

14.10.2016, 13:05

Elmira_Axundova_060111_4Millət vəkili Elmira Axundova parlamentin bugünkü plenar iclasında mərhum dövlət başçısı Heydər Əliyevin səsinin və adının aidiyyatı olmayan yerlərdə işlədilməsinə əleyhinə olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu məsələdə xüsusilə dövlət yol polisinin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb: “Heydər Əliyev sözünü maşınların kapotlarından yığışdırmaq lazımdır. Eyni zamanda onun səsini telefonlardan yığışdırılması gərəkdir. Mən onun səsini zəng əvəzinə telefonuma yükləməyəcəm, adını maşınımın kapotuna da yapışdırmayacam. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır. Bu yaxınlarda bir diplomat mənə zəng elədi ki, sizin yol polisi əməkdaşları hara baxır?! Heydər Əliyevin adı maşın kapotuna yazılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol