Menu

"Bank Standard"ın əmanətçilərinə kompensasiya sabah da ödəniləcək

14.10.2016, 17:53

Bank_standart_logo_030512Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin 3 mindən artıq əmanətçisinə indiyə qədər 100 mln. manata yaxın kompensasiya ödənilib. Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Məlumatda deyilir ki, Bankın əmanətçilərinin sayının çoxluğu, onların arasında sosial baxımdan həssas insanların olması nəzərə alınaraq kompensasiyaların verilməsi sabah (şənbə günü) saat 10:00-dan 15:00-a kimi də həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol