Menu

"PAMBIQ YIĞIMINA GƏLMƏYƏN İŞDƏN ÇIXARILACAQ!" - Zərdabda nə baş verir?

14.10.2016, 19:26

lutveli-babauev-zerİşçilərin çoxuna paltarını dəyişməyə belə imkan verilməyib, maşınlara basıb tarlalara aparıblar.

Xəbər verdiyimiz ki, bu gün Göyçay rayonunda səhiyyə işçiləri pambıq yığımına cəlb edilib. Göyçay rayon Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində bu haqda məlumat və foto yerləşdirilib. Amma mətbuat bu haqda yazmağa başlar-başlamaz mətn səhifədən yığışdırılıb.

"AzPolitika.info"ya daxil olan məlumata görə, oxşar hadisə bu gün Zərdab rayonunda da baş verib. Səhər işə gedən büdcə təşkilatlarının işçilərindən təcili pambıq yıgımına getmələri, yıgıma getməyənlərin də işdən azad olunacaqları bildirilib. "İşçilərin çoxuna paltarını dəyişməyə belə imkan verilməyib, maşınlara basıb tarlalara aparıblar. Daha sonra isə, icra hakiminin müavinləri Pərvin və Rəhman adlı şəxslər tarlada işləyənlərin SAYINI yoxlayıb. İşçilərə də tapşırığın Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tərəfindən verildiyi bildirilib", deyə mənbə bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol