Menu

"Cavid Hüseynov əvvəlki formasını bərpa etməlidir" - “Qəbələ”nin vitse-prezidenti

15.10.2016, 17:14
"Cavid Hüseynov əvvəlki formasını bərpa etməlidir" - “Qəbələ”nin vitse-prezidenti

"Məsələnin mənəvi tərəfi Cavidə aiddir. O, ilk olaraq psixoloji gərginliyi öz üzərindən atmalıdır".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın həbsdən azad edilmiş sabiq üzvü Cavid Hüseynov haqda deyib.

Klub rəsmisi onun yenidən komandaya cəlb olunacağı ilə bağlı bunları bildirib: "İlk olaraq Cavid əvvəlki formasını bərpa etməlidir. Üstəlik bir məsələ də var ki, bunu klub rəhbərliyi ilə danışmalıyıq. Rəsmi qərar verildikdən sonra bu barədə ictimaiyyətə ətraflı açıqlama veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol