Menu

Tramp cinsi zəmində yeni iddiaları rədd edir

15.10.2016, 22:24
Tramp cinsi zəmində yeni iddiaları rədd edir

Respublikaçılar partiyasından prezidentliyə namizəd cinsi zəmində təcavüz barədə yeni iddiaları rədd edib. Donald Tramp bildirir ki, ittihamlar ona qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir.

Yeni ittihamlardan biri 2007-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı tərəfindən irəli sürülüb. Daha bir iddia 1990-cı illərə aiddir.

Şimali Carolina ştatında seçicilərə müraciət edən Donald Tramp deyib ki, ittiham edənlər "kampaniyanın qarşısını almaq" məqsədini güdürlər.

Onun sözlərinə görə qarayaxma ilə "bir ovuc" adam məşğuldur.

Bu, Donald Trampa qarşı irəli sürülən ilk ittiham deyil. Respublikaçı namizəd 11 il əvvəl çəkilmiş videoçarxda qadınlar barədə təhqiramiz ifadələr işlətdiyi üçün üzrxahlığını bildirib.

Rəy soğularına görə Donald Tramp mühüm ştatlarda malik olduğu mövqeləri itirməkdədir (BBC).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol