Menu

«Köhnə dost iki təzəsindən yaxşıdır» - Baş nazir

16.10.2016, 14:31
«Köhnə dost iki təzəsindən yaxşıdır» - Baş nazir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vdadimir Putinlə apardığı danışıqlardan sonra Hindistanın Baş naziri Narendra Modi mətbuat üçün verdiyi açıqlamaya məlum rus atalar məsəli ilə başlayıb: «Köhnə dost iki təzəsindən yaxşıdır».

«Rusiya-Hindistan danışıqları bizim münasibətlərimizə aydın istiqamətlər, əlaqələrimizə yeni-güclü impuls, aydın və daha zəngin məna verib» - deyə, baş nazir qeyd edib və aparılan danışıqları geniş miqyaslı və faydalı adlandırıb.

Modi bu görüş çərçivəsində bağlanmış sazişlərdən ikisini xüsusilə qabardıb - 200 ədəd KA226T markalı vertolyotların birgə istehsalı və neft-qaz sahəsində münasibətlərin inkişafı.

Baş nazir əlavə edib ki, tərəflər iqtisadi əlaqələri genişləndirməkdə, inkişaf etdirməkdə və dərinləşdirməkdə davam edirlər.

Rusiya prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında aparılmış danışıqların yekununda 18 sənəd imzalanıb, qlobal dünya və sabitlik məsələlərinə yanaşma barədə birgə bəyanat imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol