Menu

Rusiya nüvə silahının qadağan olunması təşəbbüsünü dəstəkləmir!

16.10.2016, 15:18

Nuve01AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya tərəfi nüvə silahının qadağan olunması barədəki təşəbbüsü dəstəkləmədiyini bəyan edib. Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) silahlara nəzarət və onların yayılmaması məsələləri üzrə Departamentinin başçısı Mixail Ulyanov deyib.

Onun sözlərinə görə, bu, mənasız bir işdir (nonsensdir). Diplomat izah edib ki, qeyri-nüvə dövlətləri özlərində olmayanı qadağan etməyə cəhd göstərirlər, nüvə silahına malik olanlar isə bu barədə danışıqlarda iştirak etmək niyyətində deyillər.

Nüvə silahının qadağan olunması barədə bəyannamə layihəsinin BMT Baş Məclisinin növbəti sesiyasında müzakirə olunacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol