Menu

Rusiya-Çin sərhədində yeni aeroport tikiləcək

16.10.2016, 17:29
Rusiya-Çin sərhədində yeni aeroport tikiləcək

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya-Çin sərhədində yeni aeroport tikiləcək.

Gözlənildiyinə görə, aeroportun tikintisinə yaxın vaxtlarda, Heylunszyan əyalətində başlanacaq.

«Sinxoa» agentliyinin yaydığı xəbərə görə, tikiləcək yeni aeroport il ərzində 450 min sərnişinə xidmət göstərəcək. Hava limanından keçməklə hər il 3,5 min ton yük daşına biləcək.

Şübhəsizdir ki, bu aeroportun işə düşməsi çinlilərin Rusiyaya (Baykaldan o yana ərazilərə) yeni-yeni axınlarına stimul verəcək, Rusiyada çalışan Çin vətəndaşlarının hərəkətini xeyli asanlaşdıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol