Menu

Şimal bölgəsinə qar yağıb - Temperatur mənfi 5.5 dərəcəyə enib

17.10.2016, 10:27
Şimal bölgəsinə qar yağıb - Temperatur mənfi 5.5 dərəcəyə enib

Şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox qar rayonun Xınalıq kəndinə düşüb.

Burda qarın hündürlüyü 18 sm çatıb. Temperatur isə mənfi 5.5 dərəcəyə enib.

Qonaqkənddə isə qarın hündürlüyü 11 sm-dir. Qubanın digər ağlıq ərazilərinə də qar yağıb. Həmin ərazilərdə qarın qalınlığı 1-5 sm-dir.

Qusarın Ləzə kəndində isə qarın hündürlüyü 5 sm-ə qədərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol