Menu

Qubaya yağan qar nəqliyyata çətinliklər yaradıb - VİDEO

17.10.2016, 22:15
Qubaya yağan qar nəqliyyata çətinliklər yaradıb - VİDEO

Quba rayonunun dağətəyi kəndlərinə ilk qar yağıb.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun dağlıq ərazilərinə ilk qar bir neçə gün bundan əvvəl yağsa da, dağətəyi kəndlərə birinci qar bu gün yağıb.

Hazırda rayonun Buduq, Xınalıq və Qrız kəndlərində yağıntı davam edir. Sakinlərin sözlərinə görə, yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

"Report" Qubanın Xınalıq və digər dağətəyi kəndlərinə ezam olunan əməkdaşının hazırladığı videoreportajı təqdim edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol