«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə İraqın sərhədboyu rayonlarında 10 kilometrlik bufer zona yaratmağı planlaşdırır. Bu bərdə xəbəri yayan «Milliyet» qəzeti yazır ki, ABŞ Dövlət Departamenti plan barədə məlumatlandırılıb.
Oktyabrın 17-də, Molsulun azad edilməsi əməliyyatına başlanandan sonra qaçqınların işi üzrə BMT ali komissarının İdarəsi xəbərdarlıq edib ki, əməliyyatlar 100 min İraqlının ölkəni tərk etməsinə və Türkiyə və Suriyaya üz tutmasına gətirib çıxara bilər.
Ankaradakı mənbələrə istinad edən «Milliyet»-in məlumatına görə, Suriya nümunəsi üzrə, İraqdan mümkün dalğanın baş verəcəyi təqdirdə, «İslam dövləti» silahlılarının ölkə ərazisinə axmasına yol verməmək məqsədilə Türkiyə İraqın sərhəd rayonlarında 10 kilometrlik bufer zona yaratmağı planlaşdırır. Qəzet qeyd edir ki, Türkiyənin bu fəaliyyəti qanuna uyğun olacaq, çünki bundan əvvəl ölkə parlamenti İraq və Suriyada transsərhəd əməliyyatları həyata keçirmək üçün silahlı qüvvələrə mandat verib. Bundan başqa, qəzet qeyd edir ki, bu tədbirlər beynəlxalq hüquqla əsaslandırılacaq.
Mosul əməliyyatının keçirilməsi ilə əlaqədar olaraq Türkiyə hakimiyyət dairələrinin hazırladığı fövqəladə fəaliyyət planı həm də sərhəddə əlavə təhlükəsizlik tədbirlərinin görülməsini nəzərdə tutur. Artıq İraqla sərhəd rayonlarına əlavə hərbi birləşmələr yeridilib.
«Milliyet» onu da yazır ki, Türkiyə tərəfi, XİN nümayəndə heyətinin Bağdad hökuməti ilə apardığı danışıqların nəticəsindən asılı olmayaraq, Başikadakı (İraq) bazanı tərk etməyəcək. Bazada türk hərbi təlimatçılar «peşmərgə» kürd dəstələrinə təlim keçir. İraq hakimiyyəti dəfələrlə türk hərbçilərin bazadan çıxarılmasını tələb edib. Cavabında Ankara bəyan edib ki, hərbçilərin Başikada yerləşməsi leqaldır və nə qədər «İD» bölgədə qalır, bazanı tərk etməyəcək.


Şərhlər