Menu

UEFA "Qəbələ" və "Qarabağ"ın pulunu ödəyib

18.10.2016, 18:24

uefa-300x168Hər klub 2.6 milyon avro qazanıb

Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar "Qarabağ" və "Qəbələ"nin qazandığı məbləğ hesaba keçirilib.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, həmin vəsait hər bir klub üçün 2,6 milyon avro təşkil edir.

Qeyd edək ki, "Qəbələ" 4 mərhələ keçərək, "Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra "pley-off" oyununda qalib gələrək Avropa Liqasının qrupuna vəsiqə qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol