Menu

İlqar Məmmədov prosesə gətirilmədiyindən məhkəmə təxirə düşüb

26.09.2013, 17:47
İlqar Məmmədov prosesə gətirilmədiyindən məhkəmə təxirə düşüb

Sentyabrın 26-da Ali Məhkəmədə REAL hərəkatının lideri, məhbus İlqar Məmmədovun şikayəti üzrə proses keçirilməli idi. Amma Bakı Apellyasiya Məhkəməsinin qərarından şikayətə baxılması sentyabrın 27-nə təxirə salınıb.

“Media forum” saytına danışan vəkil Xalid Bağırov bildirib ki, buna səbəb prosesə İlqar Məmmədovun gətirilməməsi olub: “Məhkəmədən bildirdilər ki, İlqar Məmmədovun məhkəməyə gətirilməsinə dair vəsatət olmalıdır”.

Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Onun namizədliyinin müdafiəsi üçün kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan olunub. Sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin etməyib, minimum 40 min imza baryerinin aşılmadığına dair qərarın doğru olduğuna rəy verib. Bu qərardan Ali Məhkəməyə şikayət olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol