Menu

Bağdadda iki partlayış baş verib, ölənlər var

19.10.2016, 23:51
Bağdadda iki partlayış baş verib, ölənlər var

İraq paytaxtı Bağdadın şimalında bir-birinin ardınca iki partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralanalar var. Onların dəqiq sayı barədə hələ ki, məlumat verilmir.

Bundan əvvəl daha iki partlayış, paytaxtın Əl-Qəhirə rayonunda yerləşən bazarda və şəhərin şərq bölgəsində qeydə alınıb. Hadisə nəticəsində bir neçə dinc sakin qəlpə yaraları alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol