Menu

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

20.10.2016, 23:55
Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

“Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da keçirilə bilər. Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”. APA-nın verdiyi xəbərə görə, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.

“Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq”, - deyə UEFA prezidenti əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol