Menu

Yaşayış evində partlayış: iki nəfər ağır xəsarət alıb

21.10.2016, 09:11
Yaşayış evində partlayış: iki nəfər ağır xəsarət alıb

Samuxda yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Nəticədə N. İsmayılov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilib və onların Bakıda aidiyyəti üzrə xəstəxanaya göndərilməsi nəzərdə tutulur.

Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol