Menu

Rusiya xəstəxanalarında ölüm hallarının sayı artıb

21.10.2016, 11:00
Rusiya xəstəxanalarında ölüm hallarının sayı artıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, son dövrdə Rusiya xəstəxanalarında ölüm hallarının sayı xeyli artıb. Belə ki, ötən il ərzində klinikalarda ölənlərin sayı əvvəlki illə müqayisədə 24 min nəfər çox olub.

«Zdorovye» fondunun məruzəsində deyilir ki, ölkədə ölüm halları klinikalarda çarpayıların sayının azalması ilə bağlıdır. Ən ciddli problemlər kənd yerlərində yaşanır. Pasiyentlər infarkt və insultala ümumi terapiya şöbələrinə yerləşdirilir ki, burada da onlara ixtisaslaşdırılmış tibbi yardım göstərə bilmirlər.

«RBK»-nın məlumatına görə, ən çox ölüm hallarına Murmansk, Kursk və Penza vilayətlərində rast gəlinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol