Menu

Hələbdə humanitar pauza uzadıldı - Oktyabrın 24-ə qədər

21.10.2016, 16:11
Hələbdə humanitar pauza uzadıldı - Oktyabrın 24-ə qədər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Hələb şəhərində elan olunmuş humanitar pauzanın vaxtı oktyabrın 24-ə qədər uzadılıb və sonra yenə də uzadıla bilər.

Bu barədə məlumatı «TASS» agentliyinə BMT-nin Cenevrə şöbəsində Rusiyanın daimi nümayəndəsi Aleksey Borodavkin verib.

«Dəməşq və Moskvanın səyləri nəticəsində Hələbdə vəziyyət yaxşıya doğru dəyişə bilər. Humanitar mülahizələrdən dolayı, orada humanitar pauza elan olunub və sonradan da bazar ertəsinə qədər uzadılıb. Əgər «Cəbhət ən-Nusra» və ona qoşulmuş müxalif qüvvələr sükut rejimini pozmasa, gələcəkdə də uzadıla bilər»-deyə, Borodavkin vəziyyətə aydınlıq gətirib.

Diplomat qeyd edib ki, Suriya və Rusiya hərbçiləri «hər şeyi etdilər ki, Hələbin şərq hissəsindən dinc sakinləri, yaralı və xəstələri təxliyyə etmək mümkün olsun və ərazidəki silahlılara oradan çıxmaq üçün imkan yaransın».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol