AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avroparlamentin sədri Martin Şults Rusiyanı beynəlxalq hüququ ayaqlar altına atmaqda günahlandırıb.
Avropa İttifaqının Brüsseldə keçirilən sammitində o, bəyan edib ki, Rusiyanın dəstəyi sayəsində Hələbin bombalanması ilə beynəlxalq hüquq normalarının bütün prinsipləri tapdalanmış oldu.
Eyni zamanda, Şults çıxışından sonra qeyd edib ki, hal-hazırda Avropa İttifaqında, Suriyadakı vəziyyətə görə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsində həmrəylik yoxdur.


Şərhlər