Menu

İran Türkiyəyə sərt etirazını bildirib

21.10.2016, 16:28
İran Türkiyəyə sərt etirazını bildirib

Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, bölgədəki bəzi hadisələrlə bağlı Türkiyənin bəzi dövlət adamlarının açıqlamaları ilə əlaqədar İran hökumətinin sərt etirazı səfirin diqqətinə çatdırılıb.

Qeyd edək ki, İranın etirazının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqda baş verənlərlə bağlı açıqlamaları ilə əlaqədar olduğu güman edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol