Menu

ABŞ və Türkiyə «İD»-ə qarşı mübarizədə həmkar olaraq qalır - Eşton Karter

21.10.2016, 17:41

karter«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Eşton Karter Türkiyə hərbçiləri tərəfindən Suriyadakı PKK-çı kürdlərin mövqelərinə zərbələr endirilməsi barədəki sualı cavablandırarkən deyib ki, ABŞ və Türkiyə «İslam dövləti» (İD) terrorçu qruplaşmasına qarşı müdarizədə əvvəlki kimi həmkar olaraq qalırlar.

««İD» ilə mübarizədə bizim əməkdaşlığımız möhkəm olaraq qalır. Rayonda (Suriya-Türkiyə sərhədi - red.) təhlükəsizliyi təmin etmək istiqamətində olduqca səmərəli işləyirik» - deyə, Karter Cənubi Koreyalı həmkarı Xan Min Qu ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. O, həm də xəbər verib ki, gələn həftə Türkiyənin milli müdafiə naziri Fikri İşıkla görüşü planlaşdırılıb. Görüşdə bu məsələ də müzakirə olunacaq.

Bu zaman Pentaqon rəhbəri kürdlərin atəşə məruz qoyulması məsələsinə konkret olaraq şərh verməyib və yalnız onu qeyd edib ki, Birləşmiş Ştatların hakimiyyəti hələ də faktları araşdırır. «Amma bizim həmkarlığımız möhkəm olaraq qalır» - deyə, Karter təkrar edib.

Karter çıxışı zamanı jurnalistlərin diqqətini bu məsələyə də yönəldib ki, İraqdakı ixtiyari xarici güclər ölkənin suverenliyinə hörmət etməlidir. «Biz, bunu edirik, bizim üçün bu, prinsipial məqamdır»-deyə, nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol