Menu

Özünü saat qülləsindən atmaq istəyən şəxs xilas edildi

21.10.2016, 19:22
Özünü saat qülləsindən atmaq istəyən şəxs xilas edildi

Bakıda intihara cəhd hadisəsi baş verib.Fövqəladə Hallar Nazirliyinin (FHN) böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:27-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol