Menu

Bakıda özünü qüllədən atmaq istəyənin kimliyi məlum oldu

21.10.2016, 21:18
Bakıda özünü qüllədən atmaq istəyənin kimliyi məlum oldu

Bakıda qüllədən özünü atmaq istəyənin şəxsiyyəti məlum olub. Musavat.com-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu, 1975-ci il təvəllüdlü Səfərov Namiq İzzəli oğludur. Namiq Səfərov bu gün Bakının Səbail rayonunda intihara cəhd edib. O, Bakı Dənizkənarı Milli Parkı ərazisindəki saat qülləsinə çıxıb və özünü oradan atacağı ilə hədələyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Aparılan psixoloji söhbətdən sonra Namiq Səfərov xilas edilib. O, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Məlum olub ki, 41 yaşlı Namiq Səfərov bir müddət əvvəl Azərbaycana dərman preparatlarını qanunsuz yolla keçirmək istəyərkən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb, Namiq Səfərovun ölkədən çıxışına qadağa qoyulub. O, intihara cəhd etməklə buna etirazını bildirib və xaricə səfər etməsinə imlan verilməsini tələb edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol