Menu

İraqda səhvən endirilən hava zərbəsi nəticəsində 20 nəfər ölüb

21.10.2016, 22:46
İraqda səhvən endirilən hava zərbəsi nəticəsində 20 nəfər ölüb

İraqın Dakuk şəhərinə endirilən hava zərbəsi nəticəsində 20 nəfər ölüb, 45 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirildi.

Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq koalisiyaya məxsus təyyarələr endirib. “Əl-Məyədin” telekanalının xəbərinə görə, təyyarələr ABŞ-a məxsus olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol